Bayram namazının vaxtı açıqlandı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bayram namazının vaxtını açıqlayıb.

 

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il mübarək Ramazan ayının bayram namazı iyulun 29-da Təzəpir məscidində saat 9.00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacaq.

 

İyul ayının 28-i bayram axşamıdır. Hər iki gün Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib.

Müəllif | Apa.Tv
Apa.tv