Şirvan sakini Kürdə batıb

Şirvan şəhər sakini Kür çayında batıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün 16.30 radələrində Kür çayının Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Kürdə dostları ilə çimən 32 yaşlı Şirvan şəhər sakini Şirinov Əlvan Mehman oğlu çayın bir sahilindən digər tərəfə keçərkən batıb.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları meyitin axtarışlarını aparırlar.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı