Meşədən qanunsuz ağac kəsən Şəki sakini yaxalandı

Qaxda meşədən qanunsuz ağac kəsən Şəki rayon sakini saxlanılıb. APA TV-nin məlumatına görə, Qax rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində meşələrə qənim kəsilərək, qanunsuz ağac kəsib ekologiyaya zərər vuranların qarşısının alınması məqsədilə reyd keçirib. Keçirilmiş reyd nəticəsində rayonun Qıpçaq kəndi ərazisində meşə zolağında qanunsuz ağac kəsən, Şəki rayonu Baş Göynük kənd sakini 61 yaşlı İsmayıl Abdulla oğlu Aslanov idarə etdiyi “Ural” markalı, 55 BE 221 dövlət nömrə nişanlı yük maşını ilə meşədən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov