Naxçıvanda zəlzələ olub

Bu gün səhər Azərbaycanda zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 05:17-də Naxçıvandan 19 kilometr şimal-qərbdə Şərurda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3, dərinliyi 13 kilometr olub. Zəlzələ hiss olunmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv