Cəlilabadda avtomobil sexi yandı

Cəlilabadda yanğın hadisəsi baş verib.  APA TV-nin məlumatına görə, hadisə şəhərin Qurtuluş küçəsindəki köhnə yük avtomobillərinin saxlandığı  sexdə qeydə alınıb. Quru otlaq sahəsindən başlayan yanğın sexdəki avtomobil təkər və ehtiyat hissələrinə keçib.

 

Hadisə  yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad Rayon Yanğından Mühafizə  Hissəsinin 2 yanğınsöndürən maşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Yanğının sexdə saxlanılmış  "ZİL" markalı  yük maşınına və eləcə də yaxınlıqda yerləşən təsərrüfat malları satış mərkəzinə  keçməsinin qarşısı alınıb.

 

İlkin ehtimallara görə, yanğının ərazidə oynayan uşaqların  odla ehtiyatsız davranması səbəbindən baş verdiyi bildirilir. Hadisənin dəqiq səbəbləri isə ekspertizanın rəyindən sonra bəlli olacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv