İmişlidə 12 yaşlı oğlan kanalda boğulub

İmişlidə 12 yaşlı oğlan kanalda boğulub. APA TV-nin xəbərinə görə, hadisə ötən gün saat  19 radələrində Qarabağ kanalının İmişli rayonunun Yalavac kəndindən keçən hissəsində qeydə alınıb. İmişli şəhər sakini, 2002-ci təvəllüdlü Şirinov Tamerlan Ramil oğlu kanalda çimərkən anidən yoxa çıxıb. Hadisə yerinə FHN-dövlət sularında xilas etmə əməkdaşları cəlb edilib. Dərhal  axtarışişlərinə başlanılıb. Bugün səhər saatlarında yeniyetmənin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 12 km aralıda, kanalın Qaralar kəndindən keçən hissəsində aşkar edilərək  aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı