Kəmaləddin Heydərov Xızıda qəbul keçirib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xızı şəhərində Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

 

APA TV-nin xəbərinə görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 22 vətəndaşın müraciətlərinin bir hissəsi yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 98, digər məsələlərlə bağlı müraciət etmiş 52 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

Müəllif | Apa.Tv
Vəli Turan