Daha 100 əlilə maşın verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxslərdən daha 100 nəfərini "Naz-Lifan" markalı minik avtomobili ilə təmin edib. APA TV-nin xəbərinə görə, həmin şəxslərdən 38 nəfəri Böyük Vətən müharibəsi əlili, 42 nəfəri hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olan, 20 nəfəri isə Çernobıl AES əlilidir.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov  deyib ki, siyahıda olan 1533 nəfərdən 1200-ü maşınla təmin edilib.

 

Növbədə olan digər belə şəxslərin də gələn ayın sonunadək avtomobillə tam təminatı nəzərdə tutulur. Bu ilin aprelindən bəri müvafiq kateqoriyalara aid 1200 nəfər əlilliyi olan şəxsə avtomobil verilib.   

Müəllif | Apa.Tv
Almaz Qasımova