Komitə sədri: "Minsk Qrupu onu ermənilərə öyrətsin..."

"ATƏT-in Minsk Qrupunun nümayəndələri etimadı ermənilərə öyrətsinlər". APA TV-nin xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın Ağdam rayonunun ermənilər tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar keçirilən anım mərasimində deyib.

 

Baş nazirin müavini bildirib ki, Ağdam gec-tez erməni işğalından azad ediləcək: "Çox təəssüf ki, biz bu gün Ağdamın azad edilməsi yox, işğalının növbəti ildönümü münasibətilə yığışmışıq. Amma biz bilirik ki, Ağdamın işğalı müvəqqətidir. Biz Ağdamı işğaldan azad edəcəyik. Buna tam əminik".

 

Anım mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin  başçısı Raqub Məmmədov, rayon ictimaiyyətinin ziyalıları çıxış ediblər.

 

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı