Bayram Səfərov: "Ermənilər istəsə də, istəməsə də, o torpaqlara gedəcəyik"

"Ermənilər istəsə də, istəməsə də, hər Azərbaycanlı öz doğma torpağına gedəcək".

Bunu APA TV-yə “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib: «Necə ola bilər ki, mən öz ölkəmin ərazisində sərhədi pozum? Biz hamımız istədiyimiz vaxt torpaqlarımıza, ata-baba yurdumuza gedəcəyik. Tək Kəlbəcərə deyil, digər işğal altındakı ərazilərə getmək bizim hüququmuz və istəyimizdir. Girov götürülmüş şəxslər də öz torpaqlarına gediblər. Onlar valideynlərinin qəbrini ziyarət ediblər. Biz nəinki öz ata baba torpaqlarımıza getməliyik, həm də gedib orada yaşamalıyıq».

 

İcma sədrinin sözlərinə görə, ermənilər mülki insanlara «diversant» adı qoymaqla onları ittiham eləməyə çalışırlar. Bu, onların yeni sərsəm fikirlərindən biridir. O, girovların azad olunacağına əminliyini də vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv