Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə Nobel prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkət edən "KİA" markalı çörək daşıyan yük maşını qarşısında hərəkətdə olan 95 saylı sərnişin avtobusuna çırpılıb. Nəticədə çörək daşıyan yük maşınına ciddi ziyan dəyib. Sürücü isə xəsarət alıb və xəstəxanaya çatdırılıb.

 

Qəza nəticəsində prospektdə uzun tıxac yaranıb. Avtomobillər ərazidən uzaqlaşdırılıb, yolda nəqliyyatın hərəkəti bərpa edilib.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova