“Yaşıl bazar”ın qarşısında zəncirvari qəza baş verib

Bakının Nərimanov rayonunda zəncirvari qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Xətai prospekti ilə Nemət Quliyev küçəsinin kəsişməsində, “Yaşıl bazar”ın qarşısında qeydə alınıb. Qəza zamanı  Rəşad Pənahovun idarə etdiyi “Opel” Pənah Məmmədovun idarə etdiyi “Vaz 2107”ni  o da işıqforun qırmızı işığında dayanan Şaiq İsayevin idarə etdiyi “Mercedes”i vurub. 

Zərəçəkən  Pənah Məmmədovun sözlərinə görə, “Opel”in sürəti yüksək olub.

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yarasız hala düşən avtomobillər hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv