Qubada təcili yardım maşını ilə “Vaz 2104” toqquşub
Qubada yol nəqliyyat hadisəsi baş verib. Bakı-Quba yolunun 163-cü km-liyində təcili yardım maşını ilə “Vaz 2104” toqquşub. Qusardan Bakıya xəstə aparan təcili yardım, düz yolu ilə hərəkət edən “VAZ 2104”u avtomobili vurub. Təcili yardımda olan Qusardan Bakı xəstəxanalarından birinə aparılan xəstə düz bir saat qəza yerində gözləməli olub.
Qəza nəticəsində təcili yardım maşınının qabağ hissəsi yararsız hala düşüb. Faktla bağlı Quba Rayon Yol Polisi Şöbəsində araşdırma aparılır.