Tayvanda təyyarə qəzası: 47 nəfər ölü
Tayvanda təyyarənin qəzaya uğraması nəticəsində 47 nəfər ölüb, 11 nəfər yaralanıb. APA TV-nin məlumatına görə, “TransAsia Airways” aviaşirkətinə məxsus ATR-72 təyyarəsi Qaosyundan Maqun şəhərinə uçurmuş. Qəza zamanı təyyarənin göyərtəsində 54 sərnişin və 4 ekipaj üzvü olub.