Xaçmazda kütləvi dava baş verib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Xaçmaz şəhərində kütləvi dava baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb. Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin oğlu aldığı yaralardan dünyasını dəyişib.
Digər bıçaqlanan şəxslər, 1992-ci il təvəllüdlü İsayev Emil Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir.
Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.