21 yaşlı oğlan Kürdə boğuldu - FACİƏ

Neftçala sakini Kür çayında boğulub. Hadisə Neftçalanın Qaraqaşlı kəndində qeydə alınıb.

 

Kənd sakini, 21 yaşlı Ağasəlim Taleh oğlu Səlimov sərinləmək üçün Kür sahilinə gəlib.

 

Kürün Salyan tərəfinə üzə-üzə keçmək istərkən anidən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri cəlb edilib.

 

APA TV-nin xəbərinə görə, iki saat davam edən axtarışdan sonra Ağasəlim Səlimovun cəsədi batdığı yerdən 40 metr aralıda sudan çıxarılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı