Bakıda intihara cəhd edən 34 yaşlı kişi xilas edildi - REAL GÖRÜNTÜ

Bakıda intihara cəhd edilib. Hadisə Yasamal rayonu, İnşaatçılar prospekti-4 ünvanında qeydə alınıb. 1980-ci il təvəllüdlü Tərlan İsgəndərov 16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsinə çıxaraq, intihar etmək istəyib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə qrupunun əməkdaşları vətəndaşla söhbət edərək, onu fikrindən daşındırıblar. Xilas edilən Tərlan İsgəndərov Yasamal rayon 27-ci polis bölməsinə təhvil verilib.

 

Hadisə yerində olan polis əməkdaşının məlumatına görə, intihara cəhd edən şəxs gözdən əlildir və təqaüdünü ala bilmədiyi üçün intihar etmək istəyib.

 

APA TV-nin əldə etdiyi məlumata görə, Tərlan İsgəndərov artıq ikinci dəfədir intihara cəhd edir. Bundan öncə də onu Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xilas edib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı