Ukrayna Radası kommunist deputatların işinə xitam verdi

Ukrayna Radasının spikeri Aleksandr Turçinov Kommunist Partiyasının parlamentdə fəaliyyətinə xitam verildiyini bəyan edib. APA TV-nin məlumatına görə, bu barədə o, Radanın qərar qəbul etdiyini və ölkə prezidentinin də bunu təsdiqlədiyini bildirib. "Bu tarixi hadisədir, mən ümid edirəm ki, Ukrayna Radasında bir də heç vaxt kommunistlər olmayacaqlar" deyə spiker qeyd edib. Xatırladaq ki, təxminən bir ay əvvəl Aleksandr Turçinov Radadakı kommunist deputatlardan bir neçəsinin "Luqansk Xalq Respublikası"nın fəalları ilə əməkdaşlıqlarının olduğunu bildirib və məsələnin araşdırılması üçün dövlət başçısına müraciət ünvanlayıb. Bundan sonra isə kommunist fraksiyasından bir neçə deputat təşkilatın sıralarını tərk ediblər.

 

Müəllif | Apa.Tv
Apa.tv