Sürücünün sıxılmış meyiti qəzaya uğrayan avtomobildən çıxarılıb

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş rayonu, Aşağı Zeynəddin kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı sərnişin mikroavtobusu ilə 54 yaşlı Loğman Osmanova məxsus "VAZ 21011” markalı minik avtomobilinin toqquşub. "VAZ 21011”-nin sürücüsü avtomobildə sıxışmış vəziyyətdə qalıb. Hadisə yerinə  Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü Loğman Osmanov aldığı ağır bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

 

Sürücünün meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov