Masallıda hərbçiləri daşıyan avtomobil qəza törətdi

Masallıda iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 24-də saat 11.00 radələrində Ələt – Astara avtomobil yolunun şəhərin Seybətin dairəsindən keçən hissəsində qeydə alınıb. Müddətdən artıq xidmət edən 1991-ci il təvəllüdlü Elçin Qocayevin idarə etdiyi Daxili Qoşunlara məxsus “QAZ-3108” markalı, hərbçiləri daşıyan maşın Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Xalid Səlimlinin idarə etdiyi “VAZ-21154” markalı, minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ-21154”-ün sürücüsü və onun yanındakı sərnişin, Lənkəran şəhər sakini, 1982-ci il təvəllüdlü Toğrul Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Hərbçilərdən isə xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv