Yoxa çıxan təyyarə qəzaya uğrayıb: 116 ölü

Bu gün yoxa çıxdığı iddia olunan Əlcəzairin “Air Algerie” şirkətinə məxsus təyyarə Niger paytaxtı Niamey yaxınlığında qəzaya uğrayıb.

 

“Ən-Nahar” telekanalının verdiyi məlumata görə, qəza nəticəsində 110 sərnişin və 6 ekipaj üzvünün həlak olduğu ehtimal edilir.

 

Qəzanın səbəbləri bilinmir. Qeyd edək ki, bu gün səhər saatlarında təyyarə ilə əlaqə itmişdi.

Müəllif | Apa.Tv
Apa.tv