Bakı-Şamaxı yolunda ağır qəza: 1 ölü, 2 yaralı

Ötən axşam Bakı-Şamaxı yolunun 7 ci kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, bir avtobus və iki minik maşınınnı toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

Şəhər mərkəzi istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik maşını ötmə əməliyyatı zamanı yol hərəkəti qaydalarını pozaraq yolun əks hərəkət istiqamətinə çıxıb və qarşıdan gələn “Hyundai” markalı avtobusla toqquşub. Arxadakı VAZ-2106 markalı minik avtomobili də toqquşan maşınlara çırpılıb.

 

Qəza nəticəsində “Mercedes”in sürücüsü, Bakının Yasamal rayon sakini 21 yaşlı Cəbrayıl Həsənzadə dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğrayan avtomobildən çətinliklə çıxarılıb. Avtobusun və VAZ-2106-nın sürücüləri isə xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.

 

Qəzadan sonra Bakı-Şamaxı yolunda uzun tıxac yaranıb. Çoxları avtobuslardan enərək evə piyada getmək məcburiyyətində qalıb.

 

Yol qəzasını Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır. Faktla bağlı cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv