Babək prospektində 5 maşın toqquşdu

Bakının Nizami rayonunda 5 maşın toqquşub. Qəzaya səbəb olan sürücü hadisə yerindən qaçıb.

 

Babək prospekti ilə şəhər istiqamətində hərəkət edən “Mersedes” maraklı minik avtomobilinin sürücüsü maşını onunla eyni istiqamətdə hərəkət edən digər “Mercedes”ə çırpıb. Bundan sonra sürücü idarəetməni itirib və yolun əks tərəfinə keçən “Mercedes” KİA markalı avtomobilə çırpılıb. Arxadan gələn “Saipa” markalı avtomobil isə KİA-nı vurub.

 

Zəncirvari qəzanı törədən “Mercedes”in sürücüsü heç nə olmamış kimi maşını hadisə yerində ataraq qaçıb. Qəza yerində araşdırma aparan Yol patrul ximdətinin əməkdaşları ilkin müayinələrdən sonra müəyyən ediblər ki, qəzaya yüksək sürət səbəb olub.

 

Müəllif | Apa.Tv