Tovuzda iki maşın toqquşdu: 1 ölü, 5 yaralı

Tovuzda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Böyük Qışlaq kəndində qeydə alınıb.

 

Tovuz rayon sakini, 51 yaşlı Elşən Ələkbər oğlu Cəfərovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillə sürücüsü hələlik məlum olmayan  “Opel” markalı maşın toqquşub.

 

Qəza nəticəsində “VAZ 2106”-da olan sərnişin, 42 yaşlı Cəlil Səlim oğlu İsayev hadisə yerində ölüb, avtomobilin sürücüsü və digər sərnişinlər – 44 yaşlı Yavər Səlim oğlu İsayev, Namiq İsa oğlu Murquzov və “Opel” markalı avtomobildə olanlar – 14 yaşlı Əli Yaşar oğlu Abdullayev və 36 yaşlı Şahlar Tahir oğlu Mustafayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

Fövqəladə Hallar Nazirliyinin saytında yerləşdirilən məlumata görə, həlak olan sürücünün meyiti deformasiyaya uğrayan avtomobildən yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli