Bakıda qəza törədən sərxoş sürücü televiziya əməkdaşlarına hücum etdi

Bakının Səbail rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

 

Yol qəzası Salyan şossesində, “Bayraq meydanı”nın yaxınlığında qeydə alınıb.  “Mitsubishi” markalı avtomobillə “Mercedes” markalı maşının toqquşması nəticəsində “Mercedes”in sürücüsü yüngül bədən xəsarəti alıb.

 

İlkin məlumata görə, qəzaya sərxoş sürücünün idarə etdiyi “Mitsubishi” markalı avtomobilin yolun əks hərəkət istiqamətinə çıxması səbəb olub. Avtomobilin sürücüsü hadisə yerində çəkiliş aparan televiziya operatorlarına da hücum edib.

 

Ətrafdakılar sərxoş sürücünü çətinliklə sakitləşdiriblər. O, ifadəsinin alınması üçün Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə dəvət olunub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv