Tərtərdə “Mercedes” aşdı: 1 ölü, 1 yaralı

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonu Hüsənli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Mirzəyev Seymur Məhiyyədin oğlu idarə etdiyi "Mercedes" markalı minik maşınını aşırıb. Sürücü hadisə yerində keçinib. Avtomobildəki sərnişin, sürücünün həmkəndlisi 43 yaşlı Hüseynov Sənani Nuruş oğlu isə xəsarət alıb. Bərdə MRX-ya çatdırılan S. Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Tərtər Rayon Polis Şöəbsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv