Qaxda 150 hektarlıq ərazi yandı

Qaxda güclü yanğın baş verib. APA TV-nin məlumata görə, iyulun 24-də axşam saatlarında rayon mərkəzindən 80 km aralıda “Minbərək” adlanan ərazidə təxminən 150 hektar ərazini əhatə edən biçilmiş taxıl, quru ot və kol-kos olan sahədə baş verib. Yanğının genişlənərək yaxınlıqdakı İlisu Dövlət Təbiəti Qoruğuna aid meşə zolağına keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Qax rayon DYMH-nin texnikaları və canlı qüvvəsi , Zaqatala, Balakən, Şəki  rayon DYMH-dən  hər birindən bir yanğınsöndürən maşın və şəxsi heyət  cəlb edilib. Saatlarla davam edən yanğının qarşısı gecə saat 04-00 radələrində  təmamilə alınıb.Yanğın nəticəsində təxminən 150 hektar ərazidə biçilmiş taxıl sahələri, quru ot və kol-kos yanıb.Yanğınsöndürənlərin səyi nəticəsində alovun meşə zolağına keçməsinin qarşısı alınıb. Faktla bağlı FHN-nin  Qax rayon DYMH-də araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov