Tovuzda 6 aylıq qız yanaraq ölüb - YANĞIN FACİƏSİ

Tovuz rayonunda faciəvi hadisə yaşanıb. Qovlar şəhərində yaşayış evində meydana gələn yanğın 6 aylıq uşağın ölümü ilə nəticələnib. APA TV-nin qərb bürosuna verilən məlumata görə, şəhər sakini Kazımov Kazım Hamlet oğluna məxsus evin 110 kvadratmetri külə dönüb. Yanğın baş verən zaman evdə yatmış vəziyyətdə olan körpə yanaraq ölüb. Hadsiənin səbələri araşdırılır.

 

Müəllif | Apa.Tv
Apa.tv