Temperatur düşəcək, güclü külək əsəcək

İyulun 26-da və 27-də Bakı və Abşeron yarımadasında şimal küləyinin güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, iyulun 27-də və 28-də havanın temperatur 3-5 dərəcə düşəcək. İyulun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 34-37 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv