Vətəndaşlar Gömrük Komitəsinin sədrinə şikayətlərini bildiriblər

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev  Zaqatala rayonunda vətəndaşları qəbul edib. APA TV-nin  məlumatına görə, Gömrük Komitəsinin sədri Aydın Əliyev Qax, Zaqatala və Balakən rayonlarından olan sakinlərin gömrük məsələləri ilə bağlı şikayət və təkliflərini dinləyib. Müraciətlərin əksəriyyəti gömrük keçid məntəqələrindən bəzi malların idxal və ixracı, sənədləşmə qaydaları, həmçinin işə qəbulla bağlı olub. Qəbulda qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, komitənin strukturuna aid olmayan bir neçə məsələ isə qeydiyyata alınaraq aidiyyəti orqanlara çatdırılması üçün nəzarətə götürülüb. 

Müəllif | Apa.Tv
Apa.tv