Keçmiş məhkumdan silah götürüldü

Saatlı sakinindən silah götürülüb. APA TV-nin xəbərinə görə, polis daxil olan bir məlumat əsasında  dərhal əməliyyat  axtarışları həyata keçirib. Aparılan tədbirlər zamanı Saatlı rayon Çolpu kənd sakini Əhmədov  Hasil  Hacı oğluna məxsus  mənzildən silah aşkar edilib. Həmçinin silahla yanaşı 2 ədəd daraq və  müxtəlif çaplı gilizlər ələ keçirilib. Saxlanılan şəxs silahın ona atasından yadigar  qaldığı üçün saxladığını bildirib.

 

Hazırda faktla bağlı araşdırma aparılır. Silahın haradan əldə edildiyi  istiqamətində istintaq  işlər davam etdirilir. 

 

Hasil Əhmədovun  əvvəllər bir dəfə adam öldürdüyünə və 2 dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkumluq həyatı yaşayıb.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı