İki tanış bir-birini bıçaqladı: 1 ölü, 1 yaralı

Şəmkirdə qətl torədilib. Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata gorə, hadisə rayonun Moral kəndində, Gədəbəyə gedən yolun kənarındakı  “Əli bulağı” adlanan yerdə qeydə alınıb. Kənd sakini, 35yaşlı Mübariz Zamanov və onun tanışı, 28 yaşlı Elşən Nəcəfov aralarında yaranmış şəxsi munaqişə zəminində bir-birinə bıçaq xəsarəti yetiriblər. Nəticədə Mübariz Zamanov aldığı xəsarətdən hadisə yerində ölüb.E. Nəcəfov isə ağır vəziyyətdə Şəmkir mərkəzi rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, yaralının vəziyyəti ağır olaraq qalır.

 

Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli