Ağstafada körpü uçdu: 5 yaralı
Ağstafa rayonunda körpü uçub. Hadisə körpü üzərində təmir işləri aparılan zamanı baş verib. APA TV-nin xəbərinə görə, Ağstafa rayon Poylu qəsəbəsində Kür çayının üzərindən keçən dəmiryol körpüsündə qaynaq işləri aparan 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi rayon Xəstəxanasına yerləşdirib. Zərərçəkənlərin sözlərinə görə, hadisənin baş verməsinə dəmir pilləkənin anidən qırılması səbəb olub. Nəticədə fəhlələr körpü üzərindən təxminən 10 metr hündürlükdən yerə düşüblər.
Qeyd edək ki, xəsarət alanların hamısı Ağstafa rayon sakinidir. Hazırda ərazidə təmir-bərpa işləri davam etdirilir.
Bu dəmir konstruksiya çayın üzərindən qatarların gediş-gəlişini təmin edən xaricə yük və sərnişin daşınması üçün istifadə olunur.