Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın baş verib

Bakının Nərimanov rayonunda hündürmərtəbli binanın 14-cü mərtəbəsində baş verən yanğının qarşısı alınıb. APA TV-nin məlumatıan görə, hadisə Aşıq Molla Cümə 41 ünvanında yerləşən binada qeydə alınıb. 14-cü mərtəbədə mənzillərin birində yüksələn tüstü-dumanı görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyini “112” qaynar xəttinə məlumat veriblər. Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.  Mənzil yanğından mühafizə olunub.

Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, yanğına üst mərtəbədəki qonşunun siqareti çəkib qonşusunun pəncərəsinə atması nəticəsində baş verib. Faktla bağlı araşdırma aparılır. 

Müəllif | Apa.Tv