Həmas İsraillə razılaşıb, 12 saatlıq atəşkəs elan olub

“Həmas” təşkilatı 12 saatlıq atəşkəsə razılıq verib. APA TV-nin məlumatına görə təşkilatın atəşkəs elan etməsi Fitr bayramı ilə əlaqədadir.


Qeyd edək ki, bundan əvvəl İsrail tərəfi atəşkəs səylərinin davam etdirildiyi vaxt Həmasa qarşı hücumları davam etdirərək, Qəzza zolağında bir neçə evi bombardman edib. Fələstin rəsmiləri ölənlər arasında islamçı cihad təbliğatçısı və onun iki oğlunun olduğunu bildirib. Qəzza zolağında ölənlərin sayı bununla 800-ü ötüb keçir. İordan çayının Qərb sahilində fələstinlilərin Qəzza ilə həmrəylik göstərmək məqsədilə kütləvi nümayişlər keçirəcəyi gözlənilir.
 

Qeyd edək ki, iyulun 25-də İsrailin Təhlükəsizlik Komitəsi “Həmas” hərəkatı ilə atəşkəsə dair ABŞ-ın dövlət katibi Con Kerrinin təklifini rədd etmişdi.

Müəllif | Apa.Tv