Qəbələdə muğam axşamı keçirilib
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 25-də muğam axşamı düzənlənib. APA TV-nin məlumatına görə, konsertdə əməkdar artist Səbuhi İbayev, müxtəlif nüfuzlu festivalların iştirakçısı və beynəlxalq müsabiqələr laureatı Kamilə Nəbiyeva, “Muğam-Televiziya müsabiqəsi 2011”in qalibi Səbinə Ərəbli, istedadlı xanəndə Sərxan Bünyadzadə çıxış ediblər. Ümumilikdə 1000-dən çox tamaşaçının izlədiyi konsertdə muğam kompozisiyaları və bəstəkarlarımızın əsərləri səsləndirilib.
Qeyd edək ki, avqustun 1-dək davam edəcək musiqi bayramında görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər iştirak edir.