Cəlilabadda dəhşətli qəza: 2 yük maşını toqquşdu

Cəlilabadda ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 147-ci kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Oğuz rayon sakini Şəmistan Səlimovun idarə etdiyi "SHACMAN " maraklı yük avtomobili Astara istqamətində hərəkətdə olarkən qarşı tərəfdən hərkət edən Lənkəran rayon sakini Elşad Kərimovun idarə etdiyi "KamAZ" marakalı  yük maşınına çırpılıb. Güclü zərbədən “SHACMAN “ın qarşı tərəfi deformasiyaya uğradığından  xəsarət almış  sürücünü  sükan arxasından  çətinliklə çıxarmaq mükün olub. O, dərhal təcili tibbi yardım maşını ilə Cəlilabad Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib. Xəstəxanada Şəmistan Səlimova lazımi tibbi yardım göstərilib, hazırda  vəziyyəti orta-ağır sayılır.

 

Faktla bağlı araşdırma aparılr.

 

Müəllif | Apa.Tv