Gənclər və İdman Nazirliyi 20 yaşında

Gənclər və İdman Nazirliyi bu gün 20 illik yubileyini qeyd edir. APA TV-nin xəbərinə görə, bununla bağlı nazirliyin kollektivi bu gün Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib. Nazir müavini İntiqam Babayev deyib ki, 20 il əvvəl 1994-cü ildə məhz Heydər Əliyevin fərmanı ilə ilk dəfə olaraq gənclərin inkişafına yönələn dövlət qurumu olan Gənclər və İdman Nazirliyi yaradılıb: "Nəzərə alsaq ki, Azərbaycan gənclər ölkəsidir və əhalinin yarıdan çoxunu da məhz gənclər təşkil edir, ona görə də nazirliyin üzərinə böyük məsuliyyət düşür. 20 il ərzində Azərbaycanda gənclərlə bağlı kifayət qədər işlər həyata keçirilib. Bu günə qədər gənclərlə bağlı minlərlə layihələr reallaşıb".

 

Onun sözlərinə görə, Azərbaycan gəncləri öz müstəqil ölkəsini xaricdə layiqincə təmsil etmək iqtidarına malikdirlər.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova