Bakıda "Mercedes"ə çırpılan yük maşını dərəyə aşdı
Bakıda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb. “Mercedes” markalı minik maşını yük maşını ilə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində 6 nəfər ağır xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya çatdılıb.
Hadisə yerində olan Qaradağ rayon Polis İdarəsininin əməkdaşları faktla bağlı araşdırma aparıldığını bildirblər.