Havasına "oynadığımız" adamlar: Proqnozlar Bürosundan REPORTAJ

"Hər gün hər birimiz günə hava proqnozunu izləməklə başlayırıq. Bəziləri də elə bu proqnoza əsasən işlərini müəyyənləşdirir. Bəs görəsən bu proqnoz necə hazırlanır? Mənim kimi yəqin sizə də maraqlıdır. Odur ki bu prosesi izləyək".

 

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunda ümumilikdə 60 nəfər işçi var. Bu işçilər fasiləsiz iş rejimində çalışır. APA TV-nin məlumatına görə, hər gün proqnozların tərtibatında iştirak edən mütəxəssislərin sayı 25 nəfərdir. Büronun direktoru Umayra Tağıyeva deyir ki, proqnozların hazırlanması çox maraqlı və çətin prosesdir, bütün işçilər çox həvəslə çalışır.

 

"Çoxundan bəli, razıyam. Kollektivin demək olar ki, 99 faizi qadınlardır və xüsusən də gənclərdir. Proqnozun tərtibatından söhbət gedirsə burada iş bölgüsü mövcuddur. Hər bir işçi onun üzərinə düşən vəzifəsini çox gözəl bilir və onu layiqli icra etməyə çalışır".

 

O deyir ki, hava proqnozu ilə bağlı bəzən iradlar olur.

 

"Müxtəlif televiziya kanallarında biz fərqli proqnozları eşidirik. Bu da ondan irəli gəlir ki, bəzi informasiya vasitələrində proqnozlar bürosunun hidrometeorologiya departamentinin rəsmi proqnozları deyil, internet vasitəsi ilə əldə olunan və digər ölkələrdə hazırlanan proqnozlar yayımlanır. Proqnozlar bürosu isə yalnız öz informasiyasına görə məsuliyyət daşıyır. Bizim bir xahişimiz var ki, hər hansı bir informasiya təqdim olunanda mütləq onun mənbəyi göstərilsin ki, insanlar artıq bilsinlər bu proqnoz kimin proqnozudur".

 

"Televiziya ekranlarında hər zaman hava proqnozunu təqdim edən proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova yanımızdadır.
 

"Biz proqnozun tərtib edərkən bir çox materiallardan istifadə olunur. Gördüyünüz bu xəritələri Rusiyadan alırıq, ümumiyyətlə, peyk vasitəsi ilə materiallar alınır. Gördüyümüz bu xəritələrdə biz 48 saatlıq 72, 96,  120 saatlıq yəni,  2 və 3 sutkalıq proqnozların tərtibatında bu xəritələrdən istifadə edirik. Gördüyünüz bu 48 yerüstü xəritələrdə küləyin istiqamətinə daha çox nəzər salırıq. Külək hansı istiqamətdən gəlir və küləyin güclü olacağı və zəif olacağı barədə informasiyaları bu xəritələrdən görürük. 2 və 3 sutkalıq xəritələrdə respublika ərazisində baş verən atmosfer hadisələrinə baxırıq. Yerüstü xəritələrdə isə sutka ərzində yəni, hazırda baş verən hadisələri görürük. Atmosfer hadisələrinin vəziyyəti ilə tanış oluruq".

 

"Ceyran xanımın işlədiyi məlumatda respublika ərazisində bütün rayonlardan biz məlumatlar alırıq. Məlumatlar 3 saatdan bir gəlir bu 3 saat məlumatlar da hazırda baş vermiş atmosfer hadisələrdir. Temperatur görünür burda. Nəzər salsaq görərik ki, hansı bölgədə yağıntılı hava şəraiti davam edir. Hansı bölgələrdə yağıntı var? Hazırda aldığımız son məlumatlara baxsaq Şəkidə saat 12-də yağış yağıb. Əvvəl də dediyim kimi, insanlar işini məhz hava proqnozu ilə qurur, hansısa bir səhv o işə mane ola bilər. Ona görə deyirəm, bu çox məsuliyyətli bir işdir. Əgər külək varsa, yağıntılı olacaqsa bir neçə gün qabaq əlaqədar təşkilatlara çatdırırıq".

 

Hava proqnozunu  götürdüyüm xanımlar var ki, hansı ki, onların təqdimatını qrup rəhbəri kimi yazıram mənə maraqlıdır qrup rəhbəri nə deməkdir. İstəyirəm Fərqanə xanım bu barədə danışsın.

 

"Proqnozlar bürosunda şöbələrdən əlavə qruplar da var. Mən Peyk və MRL qrupunun rəhbəriyəm. Proqnozların tərtibatında biz əsas Avropa peyk sistemindən istifadə edirik. Peyk görüntülərini 15 dəqiqədən bir əldə edirik. Onlardan istifadə edərək proqnoz tərtib edirik. Biz şimaldan gələn hava kütlələrinin buludların əsasında proqnoz təyin edirik ki, yəni bizim ölkəmizə hansı istiqamətdən buludlar daxil olmaqdadır. Hazırda şimal küləyi əsdiyinə görə şimal qərbdən hava kütlələri bizim ölkəyə daxil olur. MRL radar məlumatlarıdır. 4 bölgədə MRL-dan istifadə edirik biz. Onların əsasında biz yağış buludlarını və harada yağış, dolu olacağı məlumatlarını əldə edirik. Regionlarda hazırda şimal bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur".

 

Hava proqnozunun hazırlanması üçün bir neçə vasitədən istifadə olunur. Bunlardan biri də.....

 

"Türk Metkabdır. Peyk vasitəsi ilə alınan materiallardır. Burada da 36 saatdan bir materiallar əldə etdiyimiz məlumatlar yenilənir. Bu xəritədə  biz qarlı, yağışlı hava şəraitini görürük və küləklərin 3 saatdan bir necə dəyişməsi haqında məlumatları əldə edirik. Yaxın iki-üç gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq".

 

Proqnoz tərtib olunduqdan sonra proqnoz kompüterlərə yığılır və əlaqədar təşkilatlara ötürülür.

 

 

"Bu otaq uzunmüddətli proqnozlar şöbəsidir. Burada da bir çox əməkdaşlar çalışır".

 

"Bir ildən çoxdur burda işləyirəm. Gündəlik hidrometeoroloji məlumatları götürürük. Suyun temperaturunu, havanın temperaturunu, küləyin istiqamətini, sürətini müəyyənləşdiririk. Bunlar kod şəklində gəlir və biz onları açıb qeyd edirik. Gündəlik hidrometeoroloji proqnozları burda qeyd edirəm".

 

"Yay vaxtı adətən hava  proqnozunu  açıq havada, qış vaxtı isə gördüyünüz bu otaqda bu xəritənin qabağında alırıq".

Bizə müsahibə verən bir xanım da var. Tükəzban Hacıyeva öz işi haqqında məlumat verdi.

 

"Hələ ki,  yaxşıdır. Hər halda istəmərik ki işimizdə nə isə səhv olsun. Amma proqnoz ehtimal deməkdir, yəni, hər şey burda təxmini verilir. Səhv də ola bilər, bunu təbii qəbul eləmək lazımdır. Bəzi adamlar hər şeyi konkret istəyirlər amma burada konkretlik yoxdur. Birdən proqnoz özünü doğrultmur müəyyən dərəcədə o zaman zəng edib iradlarını bildirirlər. Deyirlər yağış demişdiniz, yağmadı, bu nə hava proqnozudur. Müəyyən sözlər deyilir".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova