Kür çayının üzərində ikinci dəmiryolu körpüsü istifadəyə verilib

Bu gün Poylu-Salahlı mənzilinin 73-cü kilometrliyində, Kür çayının üzərindən keçən ikinci dəmiryolu körpüsü istifadəyə verilib. Acılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov və Azərbaycan Dəmir Yolları QSC-nin sədri Arif Əsgərov da iştirak edib. Poylu-Salahlı mənzilinin bu ərazisində ikinci dəmir yolu körpüsünün üzərindən keçməklə 1900 metr yeni dəmir yolu çəkilib.

 

Ziya Məmmədov deyib ki, ölkədə yol-nəqliyyat kompleksi tikintisinə böyük diqqət yetirilir. Körpünün açılışı da bu diqqət, qayğının təzahürüdür: "Bu körpü böyük önəm daşıyan nəqliyyat qurğusudur. Kür çayı üzərində salınan ikinci dəmiryolu bağlantısıdır. Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Ticarət Limanı inşa edilir. Həmin ticarət mərkəzi istifadəyə veriləndən və Bakı-Tbilisi-Kars dəmiryolu xətti işə düşəndən sonra ondan sonra bu körpünün əhəmiyyəti daha da artacaq. Xüsusilə tranzit daşımalarda önəmli artacaq".

 

Bu işlər prezident İlham Əliyevin 2010-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminininn 2010-14-cü illərdə inkişafına dair" Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncamına uyğun olaraq həyata keçirilir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli