6 metr yüksəklikdən düşən maşının sürücüsü sağ qaldı
Lerik rayonunda minik avtomobili dərəyə aşıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Lerik şosesinin 30-cu kilometrliyində qeydə alınıb. Göyçay şəhər sakini, 1980-ci il təvəllüdlü Şahin Eldar oğlu Qurbanovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə yuvarlanıb. Xoşbəxtlikdən maşın 6 metr aşağıya yuvarlanaraq yamacdakı ağacların birinə ilişərək qalıb. Heç bir bədən xəsarəti almayam sürücü isə avtomobildən çıxıb.
Hadisə yerinə cəlb olunan texnikanın köməyi ilə avtomobil dərədən çıxarəlaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.