Gəncədə evdə yanğın: ana və iki övladı yandı

Ötən gecə Gəncədə yanğın hadisəsi qeydə alınıb. APA TV-nin qərb bürosunun məlumatına görə, yanğın Mirəli Qaşqay küçəsi, 5 ünvanında yerləşən birmərtəbəli yaşayış evində baş verib.

 

Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb ediliblər.

 

Yanğın zamanı xəsarət alan 3 nəfər -  1976-cı il təvəllüdlü Ələkbərova Aynurə Məmməd qızı və onun övladları, 2006-cı il təvəllüdlü Rzayeva Fatimə Rövşən qızı və 2002-ci il təvəllüdlü Rzayev Firdovsi Rövşən oğlu Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli