Ərdoğan futbol oynadı və üç qol vurdu

Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən “İstanbul Başakşehir” klubunun ev oyunlarını keçirəcəyi stadionun aşılışı olub. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan kürsüyə dəvət etdiyi Türkiyə millisinin baş məşqçisi Fatih Terimə sürpriz qərarını açıqlayıb: stadion onun adını daşıyacaq.

 

Fatih Terim adının stadiona verilməsinin onun üçün gözlənilməz olduğunu bildirib və çıxışında bir neçə dəfə kövrəlib.

 

Stadionun açılışından sonra Türkiyənin məşhurları arasında futbol oyunu keçirilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan və adı bir müddət əvvəl rüşvət qalmaqalında hallanan oğlu Bilal Ərdoğan da qarşılaşmada forma geyinib. Türkiyənin baş naziri oyunda üç qol vurub.

 

Müəllif | Apa.Tv