Zaqatalada yük maşını piyadanı vurdu

Zaqatalada ağır tonnajlı yük maşını yolu keçmək istəyən piyadanı vurub. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı şəhər sakini 49 yaşlı Muxtar Əli oğlu Məhərrəmov idarə etdiyi “Mersedes” markalı ağır tonnajlı yük maşını ilə Balakən istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini 49 yaşlı Hacılı Oqtay Məhəmməd oğlunu vurub.Qəza nəticəsində  müxtəlif dərəcəli bədən xəsarətləri alan Oqtay Hacılı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb. Araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov