Bakı məscidlərindən 5-i qoruğun balansına keçdi

Bakıda 5 məscid İçərişəhər qoruğunun balansına verilib. Baş nazir Artur Rasizadə "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərarda Qala qəsəbəsindəki bəzi qeyri-yaşayış sahələrinin və binaların “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilməsi qeyd edilir. Qoruğun balansına verilən binalar arasında 5 məscid də var.

 

Müəllif | Apa.Tv
Apa.tv