18 yaşlı keçmiş məhkum adam öldürdü

Şirvanda qətl törədən şəxs polis tərəfindən yaxalanıb. Şirvan prokurorluğundan  APA TV-yə verilən məlumata görə, iyulun 26-da Şirvan sakini, 23 yaşlı Qismət Mehrabovu bıçaqlayaraq hadisə yerindən qaçan Şirvan sakini, əvvəllər məhkum olunmuş   18 yaşlı Mirqalib Xəlilov gecə saatlarında polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Xatırladaq ki, iyulun 26-da şəxsi münaqişə zəminində mədə hissəsindən bıçaq yarası alan Qismət Mehrabov Şirvan şəhər xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin axşam saatlarında xəstənin vəziyyəti qəfildən pisləşib və reanimasiya şöbəsində dünyasını dəyişib.

 

Hadisənin təfərrüatları dəqiqləşdirilir. 

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı