Atəşkəs pozuldu, Qəzza yenidən bombalandı

İsrail 12 saatlıq atəşkəsdən sonra Qəzzanı yenidən bombalamağa başlayıb. APA TV-nin məlumatına görə, dünən səhərdən elan edilən 12 saatlıq atəşkəs İsrail tərəfindən təktərəfli 24 saata qədər uzadılmışdı. İsrail atəşkəsi "Həmas" qruplaşmasından hücum olacağı təqdirdə pozacağını bildirmişdi. "Həmas" isə Qəzza sektorunun mühasirəsinin aradan qaldırılması şərti ilə davamlı atəşkəs istədiyini açıqlayaraq İsraili raket atəşinə tutub.

 

Bundan sonra İsrail ordusu Qəzzadakı əməliyyatlara yenidən başlayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı