16 yaşlı qız ölümdən son anda xilas olub

Zaqatalada 16 yaşlı qız sirkə turşusundan zəhərlənib. APA TV-nin məlumatına  görə, rayonun Əliabad qəsəbə  sakini, 1998-ci il təvəllüdlü Sevinc Musayeva  zəhərlənmə diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxananın qəbul şöbəsinə daxil olub. Həkim araşdırmasından sonra məlum olub ki, Sevinc Musayeva bilməyərək sirkə turşusu qəbul edib. Müvafiq ilkin tibbi yardım göstərildikdən sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkim Nadir Hünərvəri xəstənin vəziyyəti barədə məlumat verib.

 

"1998-ci il təvəllüdlü Sevinc Musayeva xəstəxanamıza sirkə turşusu zəhərlənməsi ilə daxil olub. Xəstəyə hərtərəfli yardım olunub. Yardım sayəsində xəstənin vəziyyəti stabilləşib. Vacib şikayətləri yoxdur".

 

Hazırda vəziyyəti stabil hesab edilir, müalicəsi davam etdirilir.   

Müəllif | Apa.Tv
Apa.tv