21 yaşlı gənc kanalda batıb

Göyçayda 21 yaşlı oğlan kanalda batıb. Yuxarı Şirvan kanalının Göyçay rayonu, Hacalıkənd kəndi ərazisindən keçən hissəsində - “Mingəçevir” sularda xilasetmə məntəqəsindən, təxminən, 130 kilometr məsafədə, nəzarət olunmayan ərazidə 1993-cü il təvəllüdlü Vüsal Fazil oğlu Şıxəliyev batıb. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. Hazırda batan şəxsin axtarışları davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv